ViP-lə ALP Rafiq Əliyevlə bağlı bəyanat verdi

img

11-11-2011 [05:13]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə bəyanat veriblər. Bəyanatda deyilir: ?Azərbaycan hakimiyyəti ölkədə fikir və özünüifadə azadlığına təminat olmadığını birbaşa təsdiqləyən daha bir rüsvayçı qərara imza atıb. Dünya şöhrətli alim, müasir nəzəriyyələri ilə Azərbaycanı dünya elmində şərəflə təmsil edən professor Rafiq Əliyevin vətəndaş və gerçək ziyalı mövqeyi sərgilədiyinə görə Neft Akademiyasının (ADNA) kafedra müdirliyindən çıxarılmasına fərqli qiymət vermək mümkün deyil. Hakimiyyət bir daha nümayiş etdirdi ki, ictimai nüfuzundan və xidmətlərindən asılı olmayaraq, hakim mövqeni dəstəkləməyən hər kəsi özünəməxsus tərzdə zərərsizləşdirməkdə qərarlıdır. Professor R.Əliyev də məhz müstəqil düşüncəsinə və mövqeyinə görə hakimiyyətin qəzəbinə tuş gəlib?. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) professor R.Əliyevə qarşı təzyiqləri qətiyyətlə pisləyir və onun əsassız olaraq işdən çıxarılmasını ölkənin gerçək ziyalı koningenti daxilində xof yaradılması məqsədinə xidmət etdiyini düşünür. VİP və ALP professor R.Əliyevə yönəlik təzyiqlərin dayandırılmasını və onun hüquqlarının tezliklə bərpa olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA