ADP Rafiq Əliyev haqqindaki qərari pislədi

img

10-11-2011 [02:38]


ADP görkəmli alim Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında tutduğu kafedra müdiri vəzifəsindən azad edilməsi ilə əlaqədar qərara münasibət bildirən bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP Azərbaycan elmini dünyada təmsil edən azsaylı alimlərimizdən biri, müstəqil vətəndaş mövqeyinə malik ictimai xadim, görkəmli alim Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən, onun siyasi baxışlarına və ictimai fəaliyyətinə görə azad edilməsini siyasi sifarişli qərar kimi qiymətləndirir və bunu repressiv hərəkət kimi qətiyyətlə pisləyir. ADP Rafiq Əliyevin işdən azad edilməsini ictimai həyatın bütün sferalarının, o cümlədən elmin siyasiləşdirilməsinin nəticəsi hesab edir. Görkəmli alimin vəzifədən azad edilməsi yalnız onun özünə yox, Azərbaycan elminə qarşı repressiyadır. Bu gün Azərbaycanda saxta alimlərin bolluğunda həqiqi elm adamlarına qarşı bu cür hərəkətlərə yol verilməsi əslində Azərbaycan elminə, dövlətimizin və xalqımızın beynəlxalq imicinə ciddi zərbədir. ADP dövlət başçısını, Rafiq Əliyev haqqında verilmiş ədalətsiz qərara münasibət bildirməyə, Rafiq Əliyevin pozulmuş hüquqlarını Konstitusiyaya uyğun olaraq bərpa etmək üçün zəruri addımlar atmağa və Azərbaycan ziyalılarının heysiyyatı ilə oynamağa cəhd edənləri ciddi cəzalandırmağa, həqiqi elm adamlarını, ölkənin mütərəqqi ictimaiyyətini isə hakimiyyət dairələrinin bu qanunsuz qərarına etiraz bildirməyə çağırır.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA