Neft Akademiyasının rektoru dünya zöhrətli alimi izdən çıxartdı

img

05-11-2011 [04:52]


Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (ADNA) Siyavuş Qarayev dünya şöhrətli riyaziyyatçı alim, professor Rafiq Əliyevi işdən çıxarıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, rektor professoru Azərbaycan Ziyalılar Forumunun toplatısında səsləndirdiyi fikirlərə görə vəzifədən uzaqlaşdırıb. Qeyd edək ki, R.Əliyevin də iştirak etdiyi Ziyalılar Forumunda korrupsiya, təhsil, səhiyyə, müstəqil məhkəmə icraatı, əsas hüquq və azadlıqların qorunması problemləri ilə bağlı sərt fikirlər səsləndirilib və hakimiyyəti bu məsələlərlə bağlı vətəndaş cəmiyyəti ilə açıq dialoqa çağırıb. Məlumat üçün bildirək ki, Rafiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Azərbaycan Dövlət Neft Akademiyasının ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA