islam Partiyası Azərbaycan xalqını təbrik edib

img

05-11-2011 [02:13]


Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan təbrikdə deyilir: ?Dəyərli müsəlman bacı və qardaşlar! Uca Tanrı bəndələrinə seçilmiş şəxslər göndərdiyi kimi, əlamətdar günlər də bəxş edib. Bu əlamətdar günlər insanların daha da mehriban, səmimi və vəhdətlərinin təşkil olunmasına xidmət edir. Təbii ki, belə günlərdən biri də Qurban bayramıdır. Qurban bayramı cəmiyyətdə sosial bərabərliyi yarada bilən gündür. Eyni zamanda bu bayram bütün kin-küdurəti qəlblərdən qovaraq, üzlərə təbəssüm gətirməyə qadirdir. Kəsilən hər bir qurban İlahi qarşısında bəndəliyin isbatı kimi təzahür edirsə, cəmiyyətimizdə də birlik, mehribançılıq və səmimiyyət o qədər möhkəmlənir. Əziz həmvətənlər! Ümid edirəm ki, kəsdiyimiz qurbanlar Allah dərgahında qəbul, etdiyimiz hər bir dua isə müstəcab olacaq. Qoy, uca və mərhəmətli Yaradan bu bayramı hər birimizə mübarək, arzularımızı isə gerçək etsin! Xalqımız rifah içində yaşasın, dövlətimiz isə daha da möhkəmlənsin! Bir daha Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA