Oqtay Əsədov TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının üzvləri ilə görüzüb

img

03-11-2011 [07:26]


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının üzvlərini qəbul edib. Spiker vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantının pozulduğunu bildirib: ?O tarixi ədalətsizlik törədilməsə idi, bu gün türk dünyası coğrafi baxımdan da vahid məkan olacaqdı. Buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil, aramızdakı münasibətlər, ortaq keçmişimiz və bu günümüzdür. Bizim gücümüz birliyimizdədir?. O. Əsədov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının diplomatik uğuru olduğunu söyləyib. O, TürkPA-nın beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb: ?Beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə təşkilatın Beynəlxalq əlaqələr komissiyası yaradılıb. İnanırıq ki, gələcəkdə digər türk dövlətləri də TürkPA-ya üzv olacaq, türk dünyasını düşündürən problemlərin həllində yaxından iştirak edəcəklər?. Türkiyəli millət vəkili Məhərrəm İncə TürkPA-nın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində rolundan danışıb. Qeyd edib ki, vaxt gələcək, türk xalqları ortaq bir dildə anlaşıb münasibət qura biləcək: ?Bunu yaşadığımız dövr tələb edir?. Görüşdə TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilmiş birinci iclasında müzakirə olunan məsələlər və təşkilatın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA