?Qarabağ? bloku söz azadliği tələb edir

img

02-11-2011 [06:17]


Bu gün Ümid Partiyasının mərkəzi qərargahında ?Qarabağ? Siyasi Blokunun növbəti toplantısı keçirilib. İclasda ölkədəki içtimai-siyasi vəziyyət, blokun kecən iclaslarda qəbul etdiyi qərarların icrası, söz və mətbuat azadlığı problemi, o cümlədən ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi müzakirə olunub. Ölkədəki ictimai- siyasi vəziyyətin müzakirəsi zamanı blok yetkililəri siyasi idarəetmənin yanlışlığı səbəbindən yaranan sosial durumun ağır olmasını və işsizlik problemini müzakirə ediblər. Bu problemlərin aradan qaldırılması ücün yeni iş yerlərinin açılmasının vacibliyi vurğulanıb. Xüsusilə, regionlarda fabrik və zavodların tikilməsinin əhəmiyyətindən danışan blokun təmsilciləri belə bir addımın bir necə problemi həll edəcəyini bildiriblər. Bu məsələ işsizlik problemini həll etməklə yanaşı əhalinin iş axtarmaq məqsədilə paytaxtda axınının və ölkəni tərk etməsinin qarşısını alaçağı qeyd olunub. Toplantıda son dövrlər Azərbaycanda müstəqil mətbuata qarşı artan təzyiqlərin ?Xural? qəzetindən də yan keçmədiyi vurğulanlb. Qəzet biri ?birinin ardınça məhkəmələrə çəkilmiş, əmlakı müsadirə olunmuş və bunun da nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Oktyabr ayının 28-də isə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında Nəsimi rayon məhkəməsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilmişdir. ?Qarabağ? bloku ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs edilməsini sifarişli hesab edir və qəti şəkildə pisləyir, bunu müstəqil mətbuata, azad sözə qarşı basqı kimi qiymətləndirir. ?Qarabağ? bloku mətbuata qarşı bu təzyiqlərin ölkənin imicinə ziyan vuracağını hakimiyyət orqanlarına xatırladaraq, bunların dayandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA