Bələdiyyələrə 1548 nəfərin namizədliyi qeydə alınıb

img

01-11-2011 [12:25]


Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 85 seçki dairəsi və 330 bələdiyyə üzrə 1548 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Ümumilikdə 1627 nəfər imza vərəqi götürüb. Onlardan 1587 nəfəri imza vərəqələrini qaytarıb. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə sentyabrın 30-dan başlanılıb, proses oktyabrın 31-də başa çatıb. Qeydə alınan namizədlərlə bağlı son rəqəm bir həftə müddətində məlum olacaq. Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA