Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

img

01-11-2011 [12:05]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəliyin partiyadaxili məsələ bölümündə Lənkəran, Laçın, Nəsimi, Səbail və Xəzər rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib. Partiyadan bildirilir ki, toplantıda daha sonra İctimai Palatanın regional təşkilatlarının yaradılması zamanı hakimiyyət orqanlarının müdaxiləsi, bəzi regionlarda, o cümlədən Beyləqanda polisin toplantılarının keçirilməsinə mane olması, fəalları həbs etməsi haqda müzakirə aparılıb, buna kəskin etiraz edilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs edilməsi müzakirə edilib. Onun həbsinin hakimiyyətin müstəqil və müxalifət mediasına qarşı yürütdüyü repressiya siyasətinin tərkib hissəsi olduğu qeyd edilib. Bir vaxtlar bu qisim media nümayəndələrinə qarşı cinayət aləminə yaxın şübhəli şəxslərdən istifadə edirdilərsə, indi ?Xural? qəzetinin Baş redaktorunun həbsində Milli Məclis deputatından istifadə edilməsinin diqqət çəkdiyi qeyd edilib. Daha sonra Divan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsini, iki dövlət arasında çox mühüm qaz sazişinin imzalanmasını yüksək qiymətləndirib. Eyni zamanda bu cür tarixi addımlar fonunda Azərbaycan tərəfinin Türkiyə vətəndaşlarına qarşı viza rejiminin ləğv etməməsinin təəssüf doğurduğu qeyd edilib və hakimiyyətdən ölkəmiz adına utanc gətirən bu məsələnin tez bir zamanda həll edilməsi tələb edilib. Sonda cari məsələlər baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA