ALP və ViP demokratik mühit tələb edir

img

29-10-2011 [06:08]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir: ?Azərbaycan hakimiyyəti daxili demokratik qüvvələrin və sivil dünyanın çağırışlarına məhəl qoymayaraq, ümumbəşəri dəyərlərə nümayişkar sayğısızlığını davam etdirir. Hakimiyyət son illərdə fəaliyyətinə çoxsaylı süni maneələrlə əngəl törətdiyi, əsassız məhkəmə iddiaları ilə fantastik məbləğlərdə cərimə etdirdiyi Azərbaycanın müstəqil mətbuatının boğulmasına yönəlik cəhdlərinə ara vermir. Bir müddət əvvəl dövriliyini, eyni zamanda, ictimai rəyə təsirini artıraraq Azərbaycan mediasına yeni fon verən ?Xural? qəzetinin əmlakı müsadirə edildi və bu səbəbdən nəşri dayandırıldı. Lakin hakimiyyət bütün bunlarla kifayətlənməyərək, daha bir saxta ittihamla ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə qərar verib?. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) ?Xural? qəzetinin məcburiyyət qarşısında fəaliyyətini dayandırmasını və onun baş redaktoru Əvəz Zeynallının həbs edilməsini qətiyyətlə pisləyir, bunu ölkədə söz və mətbuat azadlığının boğulması, özünüifadə sərbəstliyinin tam məhdudlaşdırılması kmi qiymətləndirir. VİP və ALP Ə.Zeynallının ən qısa müddətdə azadlığa buraxılmasını və ?Xural? qəzetinin nəşrinin bərpasına şərait yaradılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA