KXCP hakimiyyətdən tələb etdi

img

29-10-2011 [06:04]


Klassik Xalq Cəbhəsi Partiyası ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir: ?Son dövrlər Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlər artmaqdadır. Bu təzyiqlər ?Xural? qəzetindən də yan keçməmiş, qəzet məhkəmələrə çəkilmiş, əmlakı müsadirə olunmuş və bunun da nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Oktyabr ayının 28-də isə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi rayon məhkəməsində onun barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilmişdir. Klassik Xalq Cəbhəsi Partiyası ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs edilməsini qəti şəkildə pisləyir, bunu müstəqil mətbuata, azad sözə qarşı basqı hesab edir, bu təzyiqlərin dayandırılmasını və Əvəz Zeynallının dərhal azad olunması tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA