ictimai Palatanın növbəti sessiyası keçirilib

img

29-10-2011 [03:30]


Müsavat Partiyasının qərargahında XCP sədri Əli Kərimlinin sədrliyi ilə İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. Tədbirdə ictimai-siyasi vəziyyət, İP-nin vəzifələri, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə olunub. İP Koordinasiya Şurasının üzvü Ədalət Yusibov bildirib ki, müzakirələr zamanı bu ilin yekununa qədər İctimai Palatanın normativ sənədlərinin daha da təkmilləşdirilməsi, İctimai Palatanın platformasının yaradılması və bir sıra struktur dəyişikliklərinin həyata keçirilməsi qərara alınıb. Tədbirdə 2 aprel aksiyası zamanı həbs olunan müxalifətçilərin məhkəmələrinin yekunları müzakirə olunub, kütləvi aksiyalarının keçirilməsinin zəruriliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA