Əli Həsənov: ?Biz də mövcud problemlərin həllində maraqlıyıq?

img

27-10-2011 [05:40]


Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda çap məhsullarının yayımı biznesinin arxasında durması barədə məlumatı təkzib edib. Ə.Həsənov Turan-a bildirib ki, nə o, nə də ?Xəzər? firmasının Bakıdakı qəzet köşklərinin yerləşdirilməsinə aidiyyatı yoxdur. Onun sözlərinə görə, bununla Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Qeyd edək ki, ötən gün bir qrup KİV rəhbəri çap məhsullarının yayımı ilə bağlı yaranmış böhranlı vəziyyətlə əlaqədar prezident İlham Əliyevə məktub göndərib. Məktubda müstəqil yayıcıların bazardan sıxışdırıldığı bildirilir. Eyni zamanda göstərilir ki, yeni köşklər başqa funksiyaları yerinə yetirir. KİV rəhbərlərinin prezidentə müraciətinə gəlincə, Həsənovun sözlərinə görə, ona baxılacaq. ?Biz də mövcud problemlərin həllində maraqlıyıq?, - o vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA