Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsini qəbul edib

img

26-10-2011 [04:23]


Bu gün Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı Səfirliyinin Siyasət Şöbəsinin müdiri Antoni Beirdi və Siyasi Məsələlər üzrə Müşaviri Ceymi Smiti qəbul edib. Görüşdə Ana Vətən Partiyasının (AVP) tarixi, siyasi proseslərdəki rolu və mövqeyi, Azərbaycandakı mövcud siyasi durum, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Parlamentində qəbulu vacib olan bir sıra qanun layihələri haqqında müzakirələr aparılıb. Millət vəkili Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın siysasi proseslərdəki rolunu qiymətləndirərək bildirmişdir ki, Ana Vətən Partiyası Azərbaycan tarixinin ən ağır dövrlərindən birində yardılmış və bu günə qədər olduqca şərəfli bir yol keçmişdir. Millət vəkili həmçinin qeyd etdi ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk Qrupu işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana eyni möve sərgiləyir: ?Bu isə yolverilməzdir. Və bu təkcə mənim deyil, bütün Azərbaycan xalqının mövqeyidir. Necə olur ki, Liviyaya qarşı BMT-də 1 qətnamə qəbul olunandan sonra bütün böyük dövlətlər ona qarşı hərbi əməliyyatlar aparır, amma BMT-də Ermənistana qarşı 4 qətnamənin qəbul olunmasına baxmayaraq bu qətnamələrin heç biri yerinə yetirilmir və heç bir dövlət Ermənistana təzyiq göstərmir ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin?. Daha sonra millət vəkili F.Ağamalı ?Siyasi partiyalar haqqında qanun?un Milli Məclisdə qəbulunun vacibliyini önə çəkdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA