KXCP hakimiyyətdən dəqiq və sərt mövqe bildirməsini tələb edir

img

25-10-2011 [11:54]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan MİA-ya daxil olan məlum ata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti Bəyanat qəbul edib. Bəyanatda deyilir: ?Klassik Xalq Cəbhəsi Partiyası Türkiyə Cümhuriyyətində baş verən son olaylarla əlaqədar terroru qətiyyətlə pisləyir, Şəhidlərin sayəsində mövcud olan Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin son əməliyyatlarını təqdir edir, siyasi və hərbi qərarların birgə yerinə yetirilməsini doğru sayır. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin son əməliyyatları Şəhidlərin qanlarının yerdə qalmayacağına böyük ümid yaradır. Inanırıq ki, bu əməliyyatlar 10 illər boyu mövcud olan PKK-nın fəaliyyətinə son verəcəkdir?. Klassik Xalq Cəbhəsi Partiyası Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlara görə üzüldüyünü bildirir və ailə üzvünü itirmiş şəxslərə başsağlığı verir. Bu təbii imtahandan da Türk insanının səbr və dəyanətlə çıxacağına inanır. Bu ağır günlərdə bütün Azərbaycan milliyətçilərinin Türk xalqı ilə bir yerdə olduğunu bildirir. Urmu gölünün qurudulması ilə bağlı məsələni müzakirə edən Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti məsələylə bağlı Azərbaycan hakimiyyətindən dəqiq və sərt mövqe bildirməsini tələb edir. Klassik Xalq Cəbhəsi Partiyası Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin müraciətini müzakirə edib. KXCP - Qərbi Azərbaycana Qaydış Birliyinin hakimiyyət qarşısında qaldırdığı tələbləri dəstəklədiklərini bildirir. Müraciətdə irəli sürülən təkliflərin mütəxəssislər tərəfindən araşdırılmasını doğru sayır. İdarə Heyətinin toplantısında təşkilati məsələyə baxılmış, Nəsrulla Nurullayev KXCP sıralarına qəbul edilmişdir. İdarə Heyətinin toplantısında Ali Məclisin 2011-ci ilin oktyabrın 30-da keçiriləcək sessiyasının gündəliyi və KXCP-nin İnkişaf Planı ətrafında müzakirələr davam etdirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA