Niyaməddin Orduxanlı:" Rauf Arifoğlu intriqaçılıqla məzquldur"

img

23-10-2011 [03:56]


"Yeni Müsavat" qəzeti BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi musahibəsini ixtisar etməklə müsahibənin əsil məğzini öz oxucularından gizlətmiş və onlara böyük sayğısızlıq etmişdir. Bu haqqda məlumatı partiyanın mətbuat xidmətinə BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib: "Yenə "Yeni Musavat" qəzeti ənənəsinə uyğun olaraq Qüdrət bəyin musahibəsini ixitsarla verməklə, özlərinin maraqlarına uyğun formada yayımlayıblar. Qüdrət bəy müsahibəsində deyib ki, "Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin açıqlamaları ölkənin xarici siyasətini müəyyənləşdirən Azərbaycan Respublikası Prezidentinin bəyanatlarından kəskin şəkildə fərqlənir. Çox yanlış olaraq belə bir təsəvvür yaranıb ki, Xarici İşlər Naziri dövlət başçısından daha yumşaq, Müdafiə Naziri isə əksinə, daha sərt danışmalıdır. Azərbaycan Prezidentindən fərqli mövqe ortaya qoyan insanlar istefa verərək öz mövqelərini başqa bir formada açıqlaya bilərlər. Dövlət başçısı hər zaman bəyan edir ki, bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Və Elmar Məmmədyarov fərqində olmalıdır ki, Azərbaycan prezidentinin bəyanatları üzərinə başqa ifadələrlə kölgə salınması bu bəyanatların təsir gücünü azaldır. Bu insanlar anlamalıdırlar ki, erməni gənclərinin kütləvi şəkildə Ermənistanı tərk etmələri heç də işğalçı ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı deyil. Erməni gənclərinin ölkədən qaçmalarının əsas səbəbi Azərbaycan prezidentinin hərbi güc tətbiqinin mümkünlüyü ilə bağlı kəskin bəyanatlarıdır. Erməni diplomatiyasının və diasporunun, eləcə də Ermənistanı himayə edən güclərin Azərbaycan prezidentinin kəskin bəyanatlarından dərhal sonra hərəkətə keçmələri, ölkəmizə təzyiq göstərmələri də bununla bağlıdır. Təəssüf ki, daxildəki bəzi qruplar da bir çox hallarda Ermənistanın xarici havadarlarının təhriki ilə, bilərəkdən, yaxud da bilməyərəkdən bu prosesin iştirakçısına çevrilirlər". Amma Rauf Arifoğlu özü də, ardıcıl iki gün qəzetin saytında müsahibəni ixtisarla verməklə, guya Qüdrət bəyi "şantaj" edir, erməni gənclərinin hansı səbəbdən ölkəni tərk etməsinin və burada prezident İlham Əliyevin rolunun olmasını müsahibədən çıxardıb yayır. Özü də efirə çıxıb deyir ki, mətbuat cəmiyyətin aynasıdır. Bu cür fəaliyyəti mətbuata qara ləkədir. Bu qəzeti oxuyanlar görürlər ki, qəzetin əsas fəaliyyəti intriqaçılıq və imkanı şəxsləri şantaj etməklə pul qazanmağa yönəlib. Arifoğlu ancaq bir məqamı da undur ki, sədrimizin müsahibəsini həmin günü ölkənin bir cox mətbuat orqanları da yayımlayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA