Aclıq aksiyası dayandı, yeni mübarizəyə qərar verildi

img

21-10-2011 [12:52]


Bu gündən siyasi məhbus ailələrinin və onlara yaxın fəalların Müsavat Partiyasının qərargahında keçirdikləri aclıq aksiyaı dayandırılır. AXCP funksioneri Gözəl Bayramlı isə jurnalistlərə açıqlamasında aclıq aksiyası keçirənlərə dəstək verən hər kəsə, o cümlədən Müsavat başqanı İsa Qəmbərə və partiya üzvlərinə təşəkkür etdiyini bildirərək deyib: "Partiyaya təşəkkür edirəm ki, aksiya üçün bizə yer verdilər. AXCP sədri Əli Kərimliyə təşəkkür edirik ki, aksiya iştirakçılarına baş çəkdilər. Biz aksiyanı başqa formada davam etdirəcəyik. Plakatlarla sakit aksiyalar keçirəcəyik. Bir sözlə, aksiyamızı başqa etiraz formaları ilə əvəzləyəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA