ADP Türkiyədəki terroru lənətlədi

img

20-10-2011 [02:47]


Azərbaycan Demokrat Partiyası PKK terror təşkilatının Türkiyədə törötdiyi son qanlı olayları və ?Xural? qəzetinin əmlakının müsadirə olunması faktını pisləyən bəyanatlarla çıxış edib. ?ADP PKK-nın Türkiyənin Hakkari və Bitlis bölgəsində mülki əhaliyə, polis və əsgəri heyətə qarşı törətdiyi qanlı terror nəticəsində 31 nəfər Türkiyə vətəndaşının şəhid olmasından dərin sarsıntı keçirdiyini bildirib və insanlığı təhdid edən bu xain sui-qəsdin nəinki Türkiyə vətəndaşllarına, eləcə də bütün insanlığa qarşı yönəlmiş qatı bir cinayət olduğunu diqqətə çatdırıb. ADP baş verən bu qanlı olayların təkcə PKK-nın öz gücü ilə deyil, Türkiyə daxilində terror örgütünə himayədarlıq edən PKK yönümlü siyasi təşkilatların və Türkiyənin bölgədə və dünyada nüfuzunun artmasından narahat olan və onu parçalamağa maraqlı olan bir sıra dövlətlərin dəstəyi ilə baş tutduğunu diqqətə çatdırıb və bütün beynəlxalq təşkilatları PKK və dünyada məskən salan digər terror təşkilatlarına qarşı vahid cəbhədən mübarizə aparmağa çağırıb. ADP bütün Azərbaycan xalqının bu ağır günlərdə Türkiyə ilə birlikdə olduğunu, bu terroru törədənləri lənətlədiyini və qardaş xalqın kədərini paylaşdığını bir daha bildirir.? Qeyd edək ki, partiya rəhbərliyi Türkiyədə yaşanan bu qanlı olaylarla bağlı qardaş ölkənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu da göndərib. [b]XURALA QARŞI TƏZYİQLƏR PİSLƏNDİ[/b] ADP ?Xural?qəzetinin əmlakının müsadirə edilməsi faktından narahat olduğunu bildirib və azad mətbuatın susdurulmasına xidmət edən bu faktı qətiyyətlə pisləməklə baş verənlərin arxasında hakimiyyətin ölkədə söz, mətbuat və digər konstitusion azadlıqlara qarşı uzun zamandan bəri başlatdığı təzyiq və repressiya siyasətinin durduğunu diqqətə çatdırıb. ADP bütün dünyada demokratik haqların, insan hüquq və azadlıqlarının qorunmasına yönələn cəhdlərin genişləndiyi və bu sahədə praktik addımların atıldığı bir vaxtda Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının, sərbəst toplaşma, söz və mətbuat azadlıqlatrının kobud şəkildə pozulmasının yolverilməız olduğunu bildirib və hakimiyyəti konstitusiya və beynəlxalq öhdəliklər əleyhinə yönəlmiş bu cür addımlardan geri durmağa və ?Xural?qəzetinə qarşı olan hökmün ləğv edilməsinə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA