Müxalifətin aclıq aksiyası davam edir

img

20-10-2011 [10:55]


Müxalifətçilərin aclıq aksiyası artıq 6-cı gündür ki, davam edir. Aksiya oktyabrın 14-dən ?Bütün siyasi məhbuslara azadlıq!? tələbi ilə keçirilir. Hazırda 8 müxalifət fəalı aclıq edir. İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 müxalifətçi 1 ildən 3 ilədək azadlıqdan məhrum edilib. Aclıq aksiyası keçirənlər bu məhbuslarla yanaşı, həm də Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin azad olunmasını da tələb edirlər. Keçmişdə də müxalifətçilərin və jurnalistlərin oxşar aksiyaları olub. Lakin bir qayda olaraq rəsmi dairələr bu cür aksiyalara əhəmiyyət verməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA