Əvəz Temirxanla Əli Əliyev Əli insanovun adamı ilə görüzdülər

img

19-10-2011 [11:06]


Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbovla görüşüblər. Görüşdə QAQB-nin siyasi partiyalara müraciəti müzakirə edilmişdir. QAQB siyasi partiyaların onun 4 tələbinə münasibətini açıqlamağı təklif edir: 1.Ermənistandan qovulmuş azərbaycanlılara kompensasiya ödənilməsi 2.Qaçqınların statusunun və imtiyazlarının bərpa olunması 3. Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin və qəbristanlıqların bərpası və müdafiəsi 4.1988-ci ilədək indiki Ermənistan ərazisində min illərlə kompakt yaşamış azərbaycanlılara ən yüksək səviyyəli muxtariyyət statusunun verilməsi. VİP və ALP sədrləri qərbi azərbaycanlıların bütün tələblərini birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar. Bundan başqa Ə.Temirxan və Ə.Əliyev bildiriblər ki, QAQB-nin sədri Rizvan Talıbov saxta ittihamla məhkum olunub siyasi dustaq kimi 4 il həbsdə saxlandığıa görə onun bütün haqları bərpa olunmalı, ona kompensasiya ödənilməli və bütün günahkar vəzifəli şəxslər cəzalandırılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA