MMP müstəqillilik gününü qeyd etdi

img

18-10-2011 [09:05]


Bu gün Muasir Musavat Partiyasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbiri keçiriblər. Tədbirdə Müstəqilliyimizin bərpası üçün həyatlərını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik yad edilib. Toplantı iştirakçıları Azərbaycanın öz müstəqilliyini əldə etmək üçün hansı əziyyətlərə qatlaşdığını və tarixin çətin sınağından necə üzüağ çıxdığını yaxşı bildiklərini, eyni zamanda müstəqilliyin Azərbaycana havayı yox, minlərlə azərbaycanlı oğul və qızın şəhid edilməsi bahasına başa gəldiyini qeyd ediblər.. Mustəqilliyimizi Azərbaycanın istiqlal tarixinə yazılan şərəfli günlərdən biri kimi qiymətləndirən MMP-çilər bunun inkar edilməz olduğunu da əlavə ediblərər..Bu gün ölkədə və dünyada müstəqilliyimizin 20 iliyinin yüksək səviyyədə qeyd edilməsini müsbət hal kimi qiymətləndirən partiya üzvləri bundan sonra bu suverenliyin daimiliyini təmin etmək üçün Azərbaycanın uğurlu strategiya yürüdərək, müstəqilliyinin güclənməsi istiqamətində daha böyük ayihələr həyata keçirməsinin vacibliyini vurğulayıblar. Sonra Qarabağ məsələsinin həll edilməməsinin narahatçılığı dilə gətirilib.Onlar Qarabağ münaqişəsinin həll edilməməsini Azərbaycan üçün əlavə yük hesab ediblər və bu məsələnin qısa zamanda həll edilməsinin vacibliyindən danişiblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA