AiDP: ?Hakimiyyət öz islamçılarına sahib çıxmalıdır?

img

15-10-2011 [04:19]


?İctimai palata üzvlərinin, gənc müxalifətçilərin həbsinin ardınca İslam Partiyasının üzvlərinin həbsi Azərbaycanın imicinə zərbədir. Hesab edirəm ki, bu, İlham Əliyevin prezident seçkilərinə gedən yoluna basdırılmış minalardır?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib. Onun fikrincə, ölkədəki siyasi proseslərin belə nəticələnməsi hakimiyyətin günahıdır: ?İnsanları söz demək, mitinq keçirmək və.s haqları tanınsa, siyasi proseslərin sonu bu yerə varmaz. Hakimiyyət prosesləri bu yerə çatdırır və nəticədə tutmaq, ən pisi isə odur ki, xarici qüvvələrin təzyiqi və danlaqları qarşısında tab gətirməyərərk buraxmalı olur?. AİDP sədri deyir ki, o İslam Partiyasının siyasi fəaliyyətini bəyənməsə də, bu partiyanın sədrinin və üzvlərinin həbsini siyasi proseslərin nəticəsi hesab edir: ?Mənə elə gəlir ki, hakimiyyət islamçılarla qarşıdurmaya getməklə səhvə yol verir. İslamçıların həbsinə dair hakimiyyətin hər hansı arqumenti olsa belə cəmiyyət bunu sökülən məscidlərin, dindarlara qarşı təzyiqlərin davamı hesab edir. Zənnimcə, hakimiyyət bu məsələdə xarici qüvvələrlə də qarşı-qarşıya gəlmiş olur?. T.Abbaslı hesab edir ki, bu məsələdən ən çox yararlanan İrandır: ?Hakimiyyət bu qüvvəni itələdikcə, ona söz demək şansı vernədikcə İrana dogru meyl güclənəcək. Və bu nəticə etibarilə sıravi dindarların da fikrini qarışdıracaq. Hesab edirəm ki, hakimiyyət öz islamçılarına sahib çıxmalıdır. Əks təqdirdə böyük bir eloktaratla üz-üzə qalmış olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA