?Qarabağ? Şəhidlər xiyabanını ziyarət ediblər

img

15-10-2011 [02:27]


?Qarabağ? blokuna daxil olan ADP və Ümid Partiyasının üzvləri bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. ADP-nın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, onlar Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidləri ehtiramla yad edib, ruhuna dualar oxuyub, məzarları üzərinə əklillər qoyublar. Blok üzvləri Azərbaycan istiqlalı yolunda canlarından keçən, vətənlərindən uzaqlarda- Azərbaycanda erməni daşnakları və onların himayədarı olan ingilis ordusuna qarşı döyüşlərdə həlak olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış Türk Şəhidliyini də ziyarət edib, onları ehtiramla yad ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA