Fuad Əliyev də müharibədən danızır

img

12-10-2011 [03:46]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyətlə yanaşı, son günlər Ermənistan hərbi birləşmələri tərəfindən atəşkəsin xronoloji pozulması məsələsi də müzakirə olunub. Partiya sədri rəsmi Bakının ermənilərin işğalçılıq siyasətinin intensivləşdirməsinə, atəşkəslə bağlı razılaşmanı pozaraq hər gün bir şəhidimizi itirməsinə göz yummasından narahatlıq keçirdiyini bildirib: "Hər gün bir əsğər, zabit və dinc sakinimizi itiririk. Daha səbr kasamızın daşdığı vaxtıdır. Ermənistan münaqişəni sülh yolu ilə həll etmək niyyətində deyilsə, biz şeyi gözləməliyik. Mən Azərbaycan hakimiyyətindən müharibə çağırışının reallaşdırmasını tələb edirəm. Buna gücümüz çatır və bu, beynəlxalq hüqüq normalarına zidd deyil. Atacağımız addım BMT Nizamnaməsinə tam uyğundur". F.Əliyev onu da bildirib ki, Fransa prezidentinin Azərbaycana səfəri də Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir müsbət təsir göstərmədi: "O, Bakıda Azərbaycanın ərazi bütövlüyünü belə dilə gətirmədi. Bu da o deməkdir ki, Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə geri qaytarmalıdır. ATƏT-in Minsk qrupuna ümid edib vaxtı ötürməməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA