isa Qəmbər: ?Hakimiyyət növbəti nadanlığını nümayiz etdirdi"

img

11-10-2011 [06:32]


?Hakimiyyət özü-özünü ifşa etdi?. AzadlıqRadiosunun ?İşdən sonra? proqramında qonaq olan Müsavat başqanı İsa Qəmbər ?Müsavatın yubileyi problemə necə çevrildi?? mövzusunda danışarkən belə deyib. Partiya sədri bildirib ki, hakimiyyətin səylərinə baxmayaraq, tədbir layiqincə keçirilib: ?Hakimiyyət növbəti nadanlığını nümayiş etdirdi. Müsavat partiyasına, demokratik dəyərlərə və nəhayət, beynəlxalq birliyə, Avropanın siyasi, ictimai xadimlərinə böyük bir hörmətsizlik nümayiş etdirdilər. Amma yenə də hakimiyyət özünü ifşa etmiş oldu. Əksinə, Müsavat Partiyasının maraqları baxımından bu, daha yaxşı oldu ki, tədbir əvvəlcədən planlaşdırılmış oteldə yox, Müsavat Partiyasının qərargahında keçirildi. Yəni, hakimiyyət özü-özünü ifşa edirsə, bu, onların problemidir. Biz öz tədbirimizi layiqincə keçirdik...?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA