Aydınlar Partiyası: "Bu, analoqu olmayan rəzalətdir"

img

10-10-2011 [07:07]


Aydınlar Partiyası İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan müsavatçılar Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və AXCP üzvü Elnur Məcidlinin azadlıqdan məhrum edilməsini qətiyyətlə pislənilir və partiya bunu analoqu olmaya rəzalət sayır. Bəyantda deyilir: ?Aydınlar Partiyası belə hesab edir ki, gənc fəalların sərbəst toplaşmaq hüququndan istifadə etdiyinə görə cəzalandırılması hakimiyyətin siyasi azadlıqları birdəfəlik ləğv etməyə, fəal gənclik arasında qorxu mühiti yaratmağa hesablanmış bir addımdır. Hakimiyyət demokratik təsisatların son işartılarını da söndürməklə ölkədə avtoritar rejimi möhkəmləndirməyə, birpartiyalı sistem qurmağa çalışır. Korrupsiyalaşmış rejim sosial dayaqlarının olmadığını anladığından idarəetmədə ancaq zora və repressiv cəza aparatına arxalanır ki, bu da cəmiyyətdə totalitar meyllərin güclənməsinə gətirib çıxarır. Ancaq qloballaşan və demokratikləşən dünya da bu siyasət çox yaxı vaxtlarda iflasa uğrayacağı danılmaz bir həqiqətdir. Aydınlar Partiyası siyasi hakimiyyətdən Ülvi Quliyevin, Əhəd Məmmədlinin, Elnur Məcidlinin, Rüfət Hacıbəylinin, eləcə də İctimai Palatanın 2 aprel asiyasında həbs edilən Arif Hacılı, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elşən Həsənov, Elnur İsrəfilov, Arif Alışlını, Elnur İsrafilov, Sahib Kərimov, Elşən Həsənov, Zülfüqar Eyvazlı, Babək Həsənov, Məhəmməd Məcidli və Tural Abbaslının dərhal azadlığa buraxılmasını, repressiyaların dayandırılmasını, vətəndaşların konstitusion haqlarının bərpasını tələb edir. Aydınlar Partiyası belə hesab edir ki, siyasi hakimiyyət onu tənqid edən müxalifətçiləri həbs etmək əvəzinə onların tələblərini həyata keçirməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA