Qənirə Pazayeva Axısxa Türklərinin sürgün tarixi ilə bağlı keçirilən sərgiyə qatılıb

img

08-10-2011 [05:20]


Millət vəkili, Azərbaycan ? Gürcüstan Dostluq Qrupunun başçısı Qənirə Paşayeva Strasburqda Dünya Axısxa Türkləri Birliyi (DATÜB) başqanı Ziyatdin İsmixanoğlu (Kassanov) və dünyanın müxtəlif bölgələrindən - Qazaxıstandan Roza Osmanova, Sayr Eibov, Qırğızıstandan Mürəfəddin Sakimov, Azərbaycandan Sabircan Cəlilov, Rusiyadan Fuat Pepinov, Gürcüstandan İsmail Molidze, Türkiyədən prof.dr. İlyas Doğan, Yunus Zeyrək, Fransadan Burhan Özkoşar, İngiltərədən Ülviyə Pepinova ilə görüşüb. AŞPA-da Axısxa Türklərinin sürgün tarixi ilə bağlı foto sərgi təşkil olunub. Q.Paşayeva Strasburqa gəlmiş Axısxa Türklərini təmsil edən ictimai xadimlərlə görüşdən və foto-sərgini ziyarətdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir sürdürdükləri mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. AŞPA başqanı Mövlud Çavuşoğlu sərginin açılışındakı çıxışında, Axısxa Türklərinin 1944-cü ildə yurdlarından çıxarılmış olduqlarını və o tarixdən bu yana da yurdlarına geri dönmə mübarizəsi verdiklərini xatırladıb. O, bu problemlə yaxından maraqlandığını, Gürcüstanın müvafiq səlahiyyətli şəxsləri ilə, parlament heyəti üzvləri ilə sürəkli olaraq təmaslar gerçəkləşdirərək mövcud problemə həlli yolunu asanlaşdırmağa çalışdığını qeyd edib. M.Çavuşoğlu 1944-cü ildəki tragik olayların üzərindən 67 il keçmiş olmasına baxmayaraq, Axısxa Türklərinin hələ çox qeyri-müəyyən, güvənsiz durumda olduqlarını, ədalətsizlik və ayrımcılığa məruz qaldıqlarını xatırlatdığını qeyd edib. AŞPA başqanı Axısxa Türklərinin Gürcüstana geri dönüşlərini asanlaşdırmaq üçün konkret addımlar atmaqda olan Gürcüstanlı məsləkdaşlarının cəhdlərini təqdir etdiyini söyləyib. Q.Paşayeva AŞPA sədri M.Çavuşoğlunun sərginin açılışında bilavasitə iştirakının, söylədiyi nitqin, verdiyi mesajların çox önəmli olduğunu qeyd edib. Qeyd edək ki, foto-sərginin təməl hədəfi Axısxa Türklərinin yaşadıqları sürgünlə bağlı tarixi sənəd və fotoları ziyarətçilərə göstərməkdir. Mövzu insani bir məsələ olaraq nəzərdə tutulub. Sərgidə haqsız olaraq yurdlarından sürgün edilən Axısxa Türklərinin vətənlərinə geri dönmək üçün həyata keçirdiyi sülhsevər mübarizəyə diqqət çəkilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA