ümid Partiyası: "Vəkillər Kollegiyası ləğv edilməlidir"

img

07-10-2011 [03:04]


Vəkil Aslan İsmayılov səhhəti ilə əlaqədar olaraq Mərkəzi Klinik Xəstəxanada olarkən Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun onun ofisinə gəlməsi və bu zaman ofisdə baş vermiş instendlə əlaqədar Ümid Partiyasının sədr müavini Taleh Əliyevdən münasibət öyrəndik. Ümid funksaneri bildirdi ki, baş verən hadisə həm hüquqi baxımdan, həm də mənəvi baxımdan təqdir oluna bilməz. Hüquqi baxımdan ona görə ki, əgər doğurdan da Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfova hər hansısa bir sənəd lazım idisə o bunun üçün məktubla müraciət edə və ya telfonla əlaqə saxlaya bilərdi. Vəkillər Kollegiyasının sədr müavininin hansısa bir vəkilin ofisinə gedərək sənəd istəməsi bu qrumun özünədə hörmətsizlikdi.Mənəvi baxımdan da ona görə təqdir oluna bilməz ki, vəkil Aslan İsmayılovun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya getdiyi Fərhad Nəcəfovun nəzərinə çatdırılsada o heç nə olmamış kimi sözü gedən sənədi təkidlə tələb etmiş, əks halda vəkil Aslan İsmayılovu ofisə çağıracağını bildirmişdir. Hesab edirəm ki, bu uzun müddət davam edən bir prosesin məntiqi davamıdır.Bildiyiniz kimi bundan əvvəldə digər vəkillərə Xalid Bağırova, Osman Kazımova, Elçin Namazova və başqalarına qarşı Vəkillər Kollegiyası tərəfindən sərt basqı olmuşdur.Onların vəkillik hüququ məhdudlaşdırılmışdır. Düşünürəm ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün Vəkillər haqqında yeni qanun qəbul edilməli və bundan sonra Vəkillər Kollegiyası ləğv edilməlidir. Vəkillik fəaliyyəti bir xidmət növü olduğuna görə hüquqşunaslar bu peşə ilə məşğul olmaq üçün hansısa bir qurumun qarşısında sorumlu olmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA