Şahmatçılarımız üstünlüyü sonadək qoruya bilməyib

img

25-07-2011 [05:37]


Bu gün Çinin Ninbo şəhərində şahmat üzrə dünya çempionatında 8-ci tura yekun vurulub. ANS PRESS-in Rusiya Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandası bu tur çərçivəsində Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Əvvəlcə Teymur Rəcəbovla Levon Aronyan üz-üzə gəlib. Şahmatçılar bu görüşdə xalları yarı bölməyə üstünlük veriblər ? 0,5:0,5. Vüqar Həşimov Sergey Movsesyanla heç-heçə oynayıb. Şəhriyar Məmmədyarov isə Qabriel Sarkisyan üzərində qələbə qazanıb. Partiyanın həlledici görüşündə isə Rauf Məmmədov Vladimir Akopyanla münasibətlərinə aydınlıq gətirib. Rauf Məmmədovun heç-heçəsi yığmamıza ümumi hesabda qələbə qazandıracaqdı. Ancaq Rauf Məmmədov etimadı doğrultmayaraq 72-ci gedişdə rəqibinə məğlub olub. Yekunda isə ümumi hesab 2:2 olub. Xatırladaq ki, bu turadək yığmamız 10 komanda arasında 7-ci yerdə qərarlaşmışdı. Ermənistan isə turnir cədvəlinə liderlik edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA