Bu gün çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları var

img

19-07-2011 [12:34]


Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, Avroliqadan fərqli olaraq ÇL-in görüşləri 2 gündə keçirilir. Təmsilçimiz "Neftçi"nin oyunu ilə yanaşı bu axşam daha 11 qarşılaşma baş tutacaq. Qalan 5 görüş isə sabah keçiriləcək. Qeyd edək ki, ötən həftə baş tutan görüşlərdə favorit komandaların əksəriyyəti böyükhesablı qələbə qazanmışdı. Ona görə də, bu axşam baş tutacaq bir neçə oyun formal xarakter daşıyacaq. Bununla belə, bu axşamkı görüşlərdən sonra III təsnifat mərhələsinə yüksələcək komandaların adlarına aydınlıq gələcək. İlk görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Neftçi"nin də taleyi bu axşam həll olunacaq. 19 iyul Çempionlar Liqasının ikinci təsnifat mərhələsi 20:45. "Flora" (Estoniya) - "Şamrok Rovers" (İrlandiya) (ilk oyun 0:1) 21:00. "Dudelang" (Lüksemburq) - "Maribor" (Sloveniya) (0:2) 21:00. "Tobol" (Qazaxıstan) - "Slovan" (Slovakiya) (0:2) 21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Dinamo" (Xorvatiya) (0:3) 21:00. "Ekranas" (Litva) - "Valletta" (Malta) (3:2) 21:00. HJK (Finlandiya) - "Banqor Siti" (Uels) (3:0) 21:00. BATE (Belarus) - "Linfild" (Şimali İrlandiya) (1:1) 22:00. "Liteks" (Bolqarıstan) - "Moqren" (Çernoqoriya) (2:1) 23:00. "Torşavn" (Farer adaları) - "Malmö" (İsveç) (0:2) 23:15. "Viktoriya" (Çexiya) - "Pünik" (Ermənistan) (4:0) 23:30. "Visla" (Polşa) - "Skonto" (Latviya) (1:0) 23:45. "Skendiya" (Makedoniya) - "Partizan" (Serbiya) (0:4)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA