?Beziktaz?ın da rəhbərləri həbs edildi

img

12-07-2011 [05:14]


Türkiyədə danışılmış oyunlarla bağlı həbs edilən futbol klublarının dairəsi genişləndi. ?Qafqazinfo?nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün ?Beşiktaş? klubunun vitse-prezidenti Sərdar Adalı və baş məşqçisi Tayfur Havutçu ifadələri alınmaq üçün polisə çağırılıb. Sərdar Adalı jurnalistlərə bildirib ki, ?Beşiktaş?ın adı heç vaxt çirkin işlərdə hallanmayıb. Buna baxmayaraq ifadələri alındıqdan sonra prokurorluq Sərdal Adalı və Tayfur Havutçunun saxlanılması haqda qərar verib. Qeyd edək ki, iyulun 11-də Türkiyədə danışılmış oyunlar və menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində 2-ci həbs dalğası başlayıb. Bu dalğada Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mahmud Özgənər, TFF İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl, ?Trabzonspor? klubunun prezidenti Sədri Şener, klubun vitse-prezidenti Nevzat Şakar, ?Gənclərbirliyi? komandasının qapıçısı Sərdar Kulbilgə və bəzi digər şəxslər polis tərəfindən saxlanılıb. İndiyədək iş üzrə məhkəmə tərəfindən 26 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Onların arasında ?Fənərbağça? klubunun prezidenti Əziz Yıldırım da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA