Şahin Diniyev köməkçilərini müəyyənləzdirdi

img

05-07-2011 [05:44]


İranın ?Rah Ahan? futbol klubuna baş məşqçi təyin olunan Şahin Diniyev köməkçilərini müəyyənləşdirib. Bu barədə Lent.az-a mütəxəssisin özü məlumat verib. Diniyev bildirib ki, qonşu ölkənin yüksək liqa komandasında ona Şakir Qəribov, Nazim Əliyev və Nizami Sadıqov kömək edəcək. Qəribov taktiki, Əliyev fiziki hazırlıq üzrə, Sadıqov isə qapıçılarla işləyən məşqçi olacaq. Onlar iyulun 7-də İranın paytaxtı Tehrana yollanaraq ?Rah Ahan?la 1 illik müqaviləyə imza atacaqlar. Daha bir köməkçi-məşqçini isə klub rəhbərliyi iranlı mütəxəssislərdən təyin edəcək. Qeyd edək ki, indiyədək azərbaycanlılardan bir neçəsi İran çempionatında baş məşqçi kimi çalışsa da, heç biri yüksək liqa komandalarına rəhbərlik etməyib. Şahin Diniyevin baş məşqçi təyin olunduğu ?Rah Ahan? isə ötən mövsüm İran Superliqasında 15-ci yeri tutub. Bir neçə həftə öncə bu klub yeni və daha imkanlı rəhbərliyinə qovuşub. Fars dilindən tərcüməsi ?Dəmir yolları? olan ?Rah Ahan? İran Nəqliyyat Nazirliyinə yaxın klubdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA