Elnur Məmmədlidən növbəti uğur

img

20-06-2011 [10:48]


Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan ?Böyük dəbilqə? turnirinə yekun vurulub. ANS PRESS-in ?JudoOnline.info? saytına istinadən verdiyi məlumata görə, komandamızdan daha böyük ümidlər bəslənən Elnur Məmmədli (81 kq) ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. Növbəti rəqib braziliyalı Nasif Elias olub ki, həmyerlimiz yerli idmançıya da gücünü göstərməyi bacarıb. Daha sonra Elnur italiyalı Françesko Bryuyeranı da məğlub edib. Nəticədə yarımfinala çıxan Məmmədlini burada yerli publikanın sevimlisi olan Leandro Qulxeyro gözləyirdi. Amma təəssüf ki, Elnur da mübarizəni məhz bu rəqibiylə dueldə dayandırmalı olub və üçüncü pilləni tutub. Elnur Məmmədli öz aktivinə 120 lisenziya xalı yazdırıb. Eyni çəki dərəcəsindəki digər təmsilçimiz ? Elxan Rəcəbli isə startda italiyalı Françesko Bryuyera ilə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz ipponla uduzaraq, mükafatsız qalıb. 90 kq-da mübarizə aparan Elxan Məmmədov ilk olaraq Venesuela idmançısı Xose Kamaçonu tatamidən məğlub yola salmağı bacarıb. Növbəti rəqib polşalı Robert Kravçik idi. Məmmədov bu rəqibini də çətinlik çəkmədən keçib. 1/4 finaldakı rəqib isə kubalı Asleya Qonsales Monteyro olub ki, təmsilçimiz məhz ona məğlub olaraq, yarışı beşinci pillədə başa vurub və olimpiya oyunlarına 60 lisenziya xalı yazdırıb. 100 kq-da isə Elmar Qasımov ölkəmizi layiqincə təmsil etməyə çalışıb. O, mübarizəyə ikinci mərhələdən başlayıb. Qasımovun rəqibi isə Tyerri Fabre (Fransa) olub. Amma cüdoçumuz fransalı qarşısında ipponla uduzaraq, mübarizəni dayandırıb. Qeyd edək ki, ?Böyük dəbilqə? turniri nokaut sistemi üzrə keçirilirdi. Yarımfinalda məğlub olan idmançılar avtomatik olaraq bürünc mükafatçı olurdular. Yarışın mükafat fondu isə 150 min dollar idi. Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qoşulan təmsilçilərimiz - Nicat Şıxəlizadə, İlqar Muşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadan (63 ??) heç biri uğur qazana bilməmişdi. Yalnız sonuncu idmançımız 5-ci pilləni tutması ilə təsəlli taparaq öz aktivlyinə 60 lisenziya xalı yazdıra bilib.[center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA