Nazim Süleymanov: ?1-2 günə onlarla müqavilə imzalamalıyıq?

img

16-06-2011 [04:02]


?Avrokuboklarda 2011-12-ci illər mövsümü üçün UEFA-nın açıqladığı əsasnamədən xəbərim var. 4 gün ərzində sifariş vərəqələrini quruma təqdim etməliyik?. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində ölkəmizi Avroliqada təmsil edəcək AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov belə olan halda baxışda olan futbolçularla 1-2 gün ərzində müqavilə imzalayacaqlarını bildirib: ?Neynəməliyik? 1-2 gün içərisində baxışda olan futbolçularla müqavilə imzalamalıyıq. Baxışda daha üç futbolçu yer alıb. Bu gün və sabahkı məşqlərdən sonra bu oyunçular barədə yekun qərarımızı verəcəyik?. Düşərgəyə yeni qoşulan legionerlər arasında ?Albaniya? yığmasının hücumçusu Marko Paviçeviç də var. Gənc mütəxəssis serbiyalı Vladimir Cilasla Marko Paviçeviç arasında seçim edəcəklərini söyləyib: ?Onların arasında bir hücumçu da var. Növbəti mövsüm üçün bir əcnəbi forvard almağa düşünürük. Ona görə də bundan əvvəl Bakıya gələn Vladimir Cilasla düşərgəyə bu gün qoşulan Marko Paviçeviç arasında seçim etməliyik. Cilasdan söz düşmüşkən, bu futbolçu şəxsi məsələləri ilə bağlı artıq vətəninə yollanıb?

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA