Foqts Azərbaycanı tərk etdi

img

09-06-2011 [06:13]


Bu səhər yığma komandamızın baş məşqçisi Berti Foqts Bakını tərk edib. Bu səfər ərəfəsində o dünən AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Federasiya rəsmisi Foqtsla görüşü barədə açıqlamasında bunları dilə gətirib: ?Foqts özü almanlarla oyundan sonra bizimlə görüşmək istədiyini bildirdi. Halbuki elə ölkəsinin yığmasıyla birgə də vətəninə yollana bilərdi. Amma baş məşqçi qalıb Qazaxıstan (1:2) və Almaniya ilə oyunları (1:3) analiz etməyə üstünlük verdi?. Maraq üçün xatırladaq ki, Foqts Qazaxıstana məğlubiyyətdən sonra elə Astanadaca AFFA prezidenti Rövnəq Abdullayevə hesabat vermək məcburiyyətində qalmışdı. Elə isə Foqtsun AFFA rəhbərliyi ilə yenidən görüşünün əsas məqsədi nə ola bilər? Almaniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib ki, AFFA ilə müqaviləsinin müddətini artırmağı müzakirə edir. Lakin Məmmədov bu informasiyanı təkzib edərək, bu barədə söhbətin getmədiyini bildirib. Məmmədov həmçinin Foqtsla Türkiyə Futbol Federasiyasının maraqlanıb-maraqlanmamağına münasibət bildirib: ?Biz türklərdən heç bir təklif almamışıq. Əgər onlar belə bir istəkdə bulunsalar belə, biz Foqtsla müqaviləmizi göstərəcəyik. Foqts seçmə mərhələnin sonuna kimi postunda qalacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA