Berti Foqtsa aftafa verdilər

img

06-06-2011 [10:27]


İyunun 7-də Bakıda Almaniya yığması ilə görüş ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Türkiyə mətbuatının iddia etdiyinə görə, brifinqdən sonra Foqtsa hücum olub. Bu haqda almaniyalı jurnalistlərə açıqlama verən baş məşqçi ona hücum edənlərin 3 nəfər olduğunu bildirib. Foqts həmçinin qeyd edib ki, artıq bununla bağlı polisə şikayət edib. Almaniyalı mütəxəssisin həmçinin vəkilləri ilə görüşəcəyi bildirilir. Fanat.az portalının yaydığı məlumata görə isə brifinqdən sonra bir qrup jurnalist Berti Foqtsun millidəki fəaliyyətindən narazılığını ifadə etmək məqsədi ilə ona aftafa və tualet kağızı təqdim edib. Görünür almaniyalı mütəxəssis jurnalistlərin bu hərəkətini hücum kimi qiymətləndirərək almaniyalı media mənsublarına qeyri-dəqiq məlumat ötürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA