Qarabağ həqiqətlərini Dünya ictimayətinə çatdırılması üçün Vikipediyadan düzgün istifadə edilməsi ilə bağlı Kitab izıq üzü g

img

31-05-2011 [04:20]


?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi ?Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi? layihəsi çərçivəsində təlimlərin təşkilinə başlayıb. May ayının 28-də Sumqayıt şəhərində Sumqayıt şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi? adlı kitabın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Ramil Süleymanov ilk öncə layihə haqqında daha sonra bu kitabda olan mövzular haqqında qonaqlara ətraflı məlumat Verdi. O, bu kitabın işıq üzü görməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü bildirdi. Kitab haqqında danışan sumqayıtxeber.com qəzetinin redaktoru Eyvaz Qocayev bu layihənin əhəmiyyətli olması və əsasən də bu kitabın bu gün nədərəcə də actual olmasından danışdı. Daha sonra Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun rəhbəri Rüstəm Sadığov və həmin sektorun Aparıcı məsləhətçisi İsmayıl Kərimiov bu kitabda olan İnformasiya müharibəsi, Elektron informasiya müharibəsi və düşmənə qarşı apara biləcək məlumatların bu kitabda öz əksini tapmasını çox bəyəndiklərini bildirdilər. Qubada yaradılan Virtual Qarabağ Mərkəzinin bütün Azərbaycan ərzasində vahid bir mərkəzdən idarə olunacaq formada olmasını sonda bütün tədbir iştirakçıları təklif etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR