Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir

img

02-10-2025 [14:24]


Avropada hər bir ölkə Ukrayna ilə eyni dərəcədə real təhlükəsizlik zəmanətləri ilə təmin olunmağa layiqdir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin Kopenhagendə keçirilən 7-ci sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin effektiv modelləri Avropa Birliyi ölkələrində də tətbiq edilməlidir.

V.Zelenski həmçinin Moldova, Ukrayna və Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü yolunda dəstəklənməsinin vacibliyini vurğulayıb.

"Bizə real irəliləyiş lazımdır. Ukrayna skrinqi tamamlayıb (Aİ-yə üzvlük danışıqlarında ilk addım - red.). Biz ilk klasteri açmağa hazırıq", - o əlavə edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA