Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır

img

02-10-2025 [10:21]


Şimali Koreya gələn həftə hakim Əmək Partiyasının 80 illiyi münasibətilə böyükmiqyaslı hərbi parad keçirməyə hazırlaşır.

Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat katibi Li Son Çun danışıb.

"Şimali Koreyanın on minlərlə insanın iştirakı ilə hərbi parada hazırlaşdığına dair əlamətlər var. Hərbi qüvvələrimiz hazırlıqlara diqqətlə nəzarət edir", - o qeyd edib.

Li Son Çun həmçinin bildirib ki, hərbçilər nəqliyyat vasitələrinin və bəzi hərbi avadanlıqların hərəkətini qeydə alıblar. Onun sözlərinə görə, ehtimal ki, parad gecə keçiriləcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA