Gənclər və idman Nazirliyi gənclər arasında müsabiqə keçirir

img

26-05-2011 [11:15]


Gənclər və İdman Nazirliyi ?18 iyun İnsan Hüquqları günü?nə həsr olunmuş ?İnsan haqlarına dair gənclər festivalı?nın keçirilməsi ilə əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, festivalın əsas məqsədi gənclər arasında insan hüquqlarının təbliğ olunması, insan hüquqlarına dair biliklərin artırılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Festival çərçivəsində ?Müasir dünyada insan hüquqları? mövzusunda esse, ?Mənim hüquqlarım? mövzusunda isə rəsm müsabiqəsi keçiriləcək. Rəsm müsabiqəsində 14-25, esse müsabiqəsində isə 14-29 yaş həddində olan yeniyetmə və gənclər iştirak edə bilərlər. Müsabiqəyə işlər 25 may 2011-ci il tarixdən 13 iyun 2011-ci il tarixədək qəbul olunur. Müsabiqə qalibləri hər nominasiya (rəsm və esse) üzrə I, II və III yer ilə mükafatlandırılacaq, eyni zamanda diplom və qiymətli hədiyyələr ilə təltif olunacaq. Müsabiqənin nəticələri və qaliblərin adları yekun festivalda elan ediləcək. Müsabiqə qaliblərini əlaqədar dövlət orqanlarının və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti müəyyənləşdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA