"Qalatasaray" Semih Şəntürklə anlazdı

img

25-05-2011 [11:53]


"Fənərbaxça"nın heyətində islahatlar aparılacaq. Türkiyə çempionu "Karabükspor"dan Emmanuel Emenike, "Eskişəhərspor"dan Sezer Öztürkü və Belçikanın "Standard" klubundan Sinan Bolatı heyətinə qatmağa hazırlaşır. Əvəzində isə "sarı-lacivərdlilər" bir neçə futbolçu ilə yollarını ayıracaq. "Fənərbaxça"nın Kristian Santosu "Barselona"ya satacağı deyilir. Ümidləri doğrultmayan Daniel Quiza və Bilikanın da yola salınacağı dəqiqdir. Türkiyə çempionu Semih Şəntürkə gəldikdə isə millinin üzvü artıq özünə yeni klub tapıb. Belə ki, onun "Qalatasaray"la anlaşdığı deyilir. İddialara görə, "Fənərbaxça"nın hücumçusu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə keçirəcəkləri oyundan sonra əzəli rəqiblə müqavilə imzalayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA