Elnur Məmmədli bu dəfə Moskvanı fəth etməyə çalızacaq

img

16-05-2011 [05:46]


Rusiyanın paytaxtı Moskva şəhərində cüdo üzrə London Olimpiadasına lisenziya xarakterli Grand Slam turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mayın 28-29-da keçiriləcək yarışda Azərbaycanı baş məşqçi Ağayar Axundzadənin başçılığı altında 6 cüdoçu təmsil edəcək. Yarışda iştirak edəcək komandamızın üzvlərini nəzərinizə çatdırırıq: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq). Xatırladaq ki, Grand Slam turnirinin qalibi 300, 2-ci yerin sahibi 180, 3-cü yerin sahibi 120, 5-ci yerin tutan cüdoçu isə aktivinə 60 lisenziya xalı yazdıracaq(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA