Rəzad Sadıqov yenidən Türkiyəyə yollandı

img

27-04-2011 [07:30]


Premyer Liqanın 29-cu turunda "Bakı" ilə qarşılaşacaq "Qarabağ" oyunöncəsi ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Rəşad Sadıqovun topuğunda kəskin ağrılar yaranıb. Bununla əlaqədar olaraq 28 yaşlı müdafiəçi artıq müayinə olunmaq üçün Türkiyəyə yola düşüb. Daha öncələr aldığı köhnə zədənin yenidən özünü göstərməsi Rəşadı belə addım atmağa vadar edib. Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçinin "Bakı" ilə oyunda iştirakı sual altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA