Gənclərinin sosial həyata inteqrasiya edilməsində imkanlarının artırılması? layihəsi

img

25-04-2011 [12:22]


?Göyçay İnkişaf Mərkəzi? İctimai Birliyi (GİM ) Almaniya Xalq Universitetləri Birliyinin (dvv international) və Britaniya Şurasının Fəal Vətəndaşlar Proqramının dəstəyi ilə Göyçay rayonunda gənclər üçün ?Gənclərinin sosial həyata inteqrasiya edilməsində imkanlarının artırılması adlı? layihə həyata keçirəcəkdir. Layihənin əsas məqsədi gənclərin müxtəlif vətəndaş təhsili sahələri üzrə məlumatlılıq səviyyələrini artırmaq, onları ictimai həyatda fəal iştiraka cəlb etmək, hüquqi çərçivələr və imkanlar haqqında informasiyalarla tanış etmək, ixtisas və bacarıqlarına uyğun iş yerləri və qazanc əldə etmələrinə kömək üçün mentorluq xidməti təşkil etmək, bununla da məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərməkdir. Layihə çərçivəsində GİM 5 May 2011-cu il tarixindən 30 İyun 2011 cu il tarixinə kimi intensiv təlimlər və debatlar təşkil edəcəkdir. Təlimlər təcrübəli təlimçilər tərəfindən aparılacaqdır. Fəaliyyətlərimizin sonuncu mərhələsində gənclərin təlimlərdə əldə etdikləri bilik və təcrübələri bölüşmək üçün GİM Göyçay şəhərlərində fəaliyyət göstərən 2 istehsal müəssisəsinə öyrənmə səfəri təşkil edəcəkdir. Ən sonda təlimlərdə aktiv və davamlı iştirak etmiş gənclərə sertifikatlar veriləcəkdir. Layihə təklifimizi dəstəklədiyinə görə GİM-in İdarə heyyəti Almaniya Xalq Universitetləri Birliyinə və Britaniya Şurasının Azərbaycan nümayəndəliyinə dərin təşəkkürünü bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR