AFFA prezidenti Ağdamdakı Olimpiya idman Kompleksində olub

img

21-04-2011 [04:08]


AFFA prezidenti Rövnəq Abdullayev bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində olub. Abdullayev AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində tətbiq olunan Elit Məşq layihəsi çərçivəsində Quzanlıdakı Olimpiya İdman Komleksində start verilən məşqləri izləyib. Elit Məşq layihəsinin Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş məşqçisi, futbol veteranı Elbrus Abbasov keçirilən məşqlər, Elit Məşq layihəsinə cəlb olunan uşaqlar barədə AFFA prezidentinə ətraflı məlumat verib. Abdullayev bu layihə sayəsində xeyli istedadlı uşağın üzə çıxarılacağına, milli komandalarımızın və klublarımızın üzvlərinə çevriləcəyinə inandığını bildirib, məşqçilərə və uşaqlara uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA