Müsavat: "Hakimiyyət heç bir üsulla xalqın mübarizəsinin qabağını ala bilməyəcək"

img

18-04-2011 [04:36]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, öncə qərarların icrası və görülən işlərə baxılıb. Toplantıda əsas müzakirə olunan məsələ İctimai Palatanın 17 aprel 2011-ci il tarixdə keçirdiyi aksiya olub. Qeyd edilib ki, aksiyaya gələnlərin sayı 02 aprel 2011-ci il tarixli aksiyasına nisbətən daha çox olub. DİN mitinq günü şəhərin mərkəzi hissəsini mühasirəyə alaraq tam nəzarətə götürüb. Mitinqə gələnlər təyin edilmiş yerdən xeyli aralı həbs ediliblər və ya onların irəliləməsinə imkan verməyib. Həmin gün 200-dək mitinq iştirakçısı həbs edilib və onların xeyli hissəsi məhkəməyə aparılaraq barəsində müxtəlif müddətli inzibati həbs və pul cəzası kəsilib. Divan hakimiyyətin vətəndaşların konstitusion hüquqlarına bu qədər saymazyana və həqarətlə yanaşmasını qətiyyətlə pisləyib, onların sərbəst toplaşmaq azadlığı hüququna hörmət etməyi tələb edib. Qeyd edilib ki, hakimiyyət heç bir üsulla xalqın öz azadlığı uğrunda mübarizəsinin qabağını ala bilməyəcək. Həbs edilənlərin müdafiəsinin təşkil edilməsi və onlara zəruri diqqət göstərilməsi ilə bağlı konkret göstərişlər verilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA