Berti Foqts: "Neftçi"ni çempionluq münasibətilə təbrik etmək olar"

img

18-04-2011 [02:23]


Milli komandamızın baş məşqçisi Berti Fotqs "Neftçi"nin çempionluğuna əmin olduğunu bildirib. Qol.Az-ın məlumatına görə, dünən Unibank Premyer Liqanın 27-ci turunda "Neftçi" ? AZAL oyununu stadiondan izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da olub. Qarşılaşmadan sonra açıqlama verən alman məşqçi bunları söyləyib: "İlk hissədə "Neftçi" yaxşı oyun göstərmədi. Ancaq fasilədən sonra tam fərqli oyun oldu. Xüsusən də ikinci hissənin əvvəlllərində vurulan iki qol oyunun taleyini həll etdi. Bununla da "Neftçi" qələbəyə layiq olduğunu sübut etmiş oldu". Foqts "Bu qələbədən sonra "Neftçi"nin çempionluğu təmin etdiyini söyləmək olarmı sualına belə cavab verib: "Futbolda hər şey olur. Ancaq düşünürəm ki, "Neftçi"ni təbrik etmək olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA