AFFA Vaqif Cavadova pul cəzası kəsdi

img

18-04-2011 [02:20]


Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts son vaxtlar yığmada yaxşı oyun sərgiləmədiyi üçün ?Bakı?nın hücumçusu Vaqif Cavadova pul cəzası kəsib. Qol.Az-ın məlumatına görə, futbolçu aprelin 18-dən 21-dək milliylə birgə Almaniyanın Frankfurt şəhərində olduğu günlərdə gündəlik hesablanan pulu (?sutoçnı?) almayacaq. AFFA-nın baş katibi Elxan Məmmədov ölkə mətbuatına müsahibəsində məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Foqts belə bir qərar veribsə, AFFA onu yerinə yetirəcək. ?Foqts Vaqifin böyük məbləğdə pul cəriməsinə məhkum olacağını bildiribsə, deməli, belədir. Bu o deməkdir ki, futbolçu ayın 18-dən 21-dək Frakfurtda olduğu müddətdə pul almayacaq. Ola bilər ki, bu cəza Cavadova növbəti toplanış günlərində də şamil olunsun. Bu, Foqtsun qərarından asılıdır? - deyə E.Məmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA