ictimai Palata mitinq barədə qətnamə yayıb

img

17-04-2011 [02:36]


İctimai Palata aprelin 17-də Bakının Sahil bağında keçirəcəyi sanksiyalaşdırılmamış mitinqin qətnaməsini yayıb. MİA-ya daxil olan qətnamədə deyilir: ?Mitinq iştirakçıları İctimai Palatanın 26 fevral tarixli bəyanatı, 2 aprel mitinqinin qətnaməsi və İctimai Palatanın 4-cü (9 aprel) sessiyasının ?İctimai siyasi vəziyyət və demokratik qüvvələrin vəzifələri haqqında? qətnaməsinin bütün müddəa və tələblərini müdafiə etdiklərini bildirərək, o cümlədən: - Ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparılmasını, növbədənkənar parlament seçkisi keçirilməsini, yeni konstitusiya hazırlanmasını, proporsional seçki sisteminin bərpa olunmasını, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvni zəruri sayaraq, - Korrupsiyaya qarşı mübarizənin təminatı olaraq nazirlərin və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin korrupsiya fəaliyyətlərində iştirakı məsələlərinin şəffaf şəkildə təhqiq edilməsini, təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmalarının qadağan edilməsini məqsədəuyğun hesab edərək, - Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılmasını, bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədlərinin iki dəfə artırılmasını, ana və uşaqların sosial imtiyazlarının bərpa edilməsini, kredit borcları və digər borcların ödənməsi möhlətlərinin artırılmasını, SSRİ dövrü əmanətlərinin qaytarılmasını və sosial ədalətin təmin olunması naminə digər təcili tədbirlərin həyata keçirilməsini irəli sürərək tələb edirlər: 1) 2 aprel aksiyası zamanı mitinq iştirakçılarının gözyaşardıcı qaz, dəyənəklərdən istifadə olunmaqla zorakılığa məruz qalmaları, xüsusi ilə saxlandıqdan sonra qandallanaraq nəqliyyat vasitələrində, polis idarələrində və təcridxanalarında döyülməsi və işgəncəyə məruz qalmaları qətiyyətlə pislənsin, bu halların təşkilatçı və icraçılarının aşkarlanması və məsuliyyətə cəlb edilmələri tələb olunsun. 2 aprel aksiyası ilə əlaqədar həbs olunmuş və artıq ?Amnesty İnternational? tərəfindən vicdan məhbusu elan edilmiş Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Şahin Həsənli, Əhəd Məmmədli və digər şəxslər dərhal azad olunsunlar. 2) Köklü islahatlar və demokratik dəyişikliklər şüarı ilə kütləvi dinc etiraz aksiyaları davam etdirilsin. 3) Mitinq və aksiyalar zamanı hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz-şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar zor işlətsə, saldırsa belə, qarşılığında zora və saldırıya yol verilməsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA