Mitinqöncəsi Bakının mərkəzi nəzarətə götürülüb

img

17-04-2011 [02:15]


Bu gün İctimai Palatanın təşkilatçılığı ilə Bakıda aksiya keçiriləcək. Aksiya razılaşdırılmadığından səhər saatlarından bütün mərkəzi küçələr nəzarətə alınıb. ?Sahil? bağına yaxın mərkəzi küçələrdən biri iki tərəfdən bağlanıb. 28 May küçəsinin bağa tərəf yaxın hissəsində yola beton dirək uzadılıb, qadağan lenti çəkilib və maşınlar düzülüb. Küçənin digər başında da eyni vəziyyət yaradılıb. Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin işçiləri bildiriblər ki, həmin küçədə bu gün ağacların budama işləri aparıldığından küçədə hərəkətə məhdudiyyətlər yaranıb. Polis aprelin 16-da İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylini saxlayıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Müsavat partiyasının təmsilçisi Gülağa Aslanlının sözlərinə görə, Nəsimi rayon məhkəməsi Köçəri Nağıbəylinin barəsində 7 sutkalıq həbs qərarı seçib. Gülağa Aslanlının iddiasına görə, Köçəri Nağıbəylinin həbsi 17 aprel mitinqi ilə bağlıdır. Hələlik onun vəkili olmadığından Köçəri Nağıbəylinin həbsinin təfərrüatları barədə məlumatsızlıq var. Gülağa Aslanlı onun bu gün vəkillə təmin olunacağını deyir. Nəsimi rayon polis idarəsindən isə Köçəri Nağıbəylinin onlara gətirilmədiyini bildirdilər. Köçəri Nağıbəyli 2 aprel mitinqi zamanı da saxlanmış və barəsində 7 sutkalıq həbs-qəti imkan tədbiri seçilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA