ALP üzvünü AZTV-yə çıxıb Lalə Şövkətin üzünə durmağı məcbur edirlər

img

16-04-2011 [02:57]


Azərbaycan Liberal Partiyasının (ALP) yerli təşkilatlarının üzvlərinə təzyiqlər davam edir. Bu barədə MİA-ya ALP mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, iki əvvəl səhhəti ilə əlaqədar partiya fəaliyyətindən uzaqlaşmış ALP Salyan rayon təşkilatının keçmiş sədri, hazırda orta məktəbdə müəllim işləyən Ümid Məlikova təzyiqlər başlayıb. İcra hakimiyyətindən onun qarşısına tələb qoyulub ki, ya Ümid Məlikov partiyadan çıxması, Lalə Şövkətin siyasətini dəstəkləmədiyi haqqında üzə durmalı və AzTV-də bəyanat verməlidir, ya işdən çıxarılacaq. ALP hesab edir ki, iki ildən çox partiya fəaliyyətindən uzaqlaşan bir adamın bu cür təzyiqlərə məruz qalması əcaib rerpessiyadır. Partiya bəyan edir ki, hakimiyət ALP-yə, o cümlədən bütün siyasi partiyalara qarşı apardığı repressiyalara son qomalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA